Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəs

27.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirildi.

Müsabiqədə 1 və 2 nömrəli tam orta məktəbin şagirdləri iştirak etdi. Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi Goranboy rayon üzrə Baş məsləhətçi Gündüz Hacıyev, Mərkəzi Kitabxananın direktor müavini Nizami Abdullayev, Metodika və biblioqrafiya şövəsinin müdiri Təzəgül Abbasova, Oxu zalının müdiri Sevda Əliyeva, Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, Goranboy rayon 1 nömrəli məktəbin dil ədəbiyyat müəllimi Alıyeva Ülviyyə münsiflər heyyətinə qismində iştirak etdilər. Məktəblilər Nəsiminin qəzəllərini söylədilər.

 

20.3 KB

 

19.7 KB