Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı rayon MKS-ində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilib

28.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Xocalı rayon Mərkəzi Kitabxananın oxu zalında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqənin giriş sözü ilə açan MKS-in direktoru Bəhram Məmmədov görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat verib.

Rayonun şəhər və kənd məktəblərinin şagirdləri və fəal oxucularının iştirak etdiyi müsabiqənin birinci turunun ilk mərhələsini 5 nəfərdən ibarət münsiflər heyəti müşahidə edib.

 

33.2 KB