Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Samux rayon Mərkəzi Kitabxana Sistemində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi

28.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Mərkəzi Kitabxana Sistemində Azərbaycanın böyük mütəffəkiri və şairi İmadəddin Nəsimiyə həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir.

Müsabiqəni giriş sözü ilə Samux rayon MKS-nin direktoru Şəhla Abdullayeva açaraq şair İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışdı.

Müsabiqənin I turunun ilk mərhələsində Samux rayonunun müxtəlif məktəblərini təmsil edən şagirdlər iştirak etdilər.