Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Xocalı faciəsi, əsrin faciəsi”

26.02.2018

26.02.2018-ci il saat 1100-da Gəncə şəhər MKS-nin 11saylı kitabxana filialında 26 fevral Xocalı sayqrımının 26-cı il dönümü ilə əlaqədar olaraq “Xocalı faciəsi, əsrin faciəsi” başlıqlı dəyirmi masa keçirildi.

Tədbirdə 11 saylı kitabxana filialının böyük kitabxanaçısı Gülnar Hüseynova tədbir iştirakçıları ilə birlikdə ilk öncə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Daha sonra Tarixçi Abbas Abbasov, Mərkəzi Mədəniyyət evinin müdiri Pərvin Nəzərəliyeva və başqa tədbir iştirakçılarıda Xocalı faciəsi haqqında danışaraq öz fikirlərini bildirdilər.

Sonda iştirakçılar sərgi ilə tanış oldu.

Tədbirdə aşağıdakı kitablar sərgiləndi.

1. Leyla Əliyeva “Xocalıya ədalət” 3 cild

2. Xocalı Soyqrımı

3. Səriyyə Müslümqızı- “Xocalı uşaqları” Qan içində qar çiçəyi

4. İgid oğullarla bir cərgədə.

5. Khojaly its last day.

6. Fəryad səsləri.

7. M.S. Ordubadi- Qanlı illər.

8. Didərginlər və.s

Tədbirdə Mərkəzi Mədəniyyət evinin işciləri ilə yanaşı kitabxananın fəal oxucular iştirak etdi.