Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirildi

01.03.2018

Gəncə şəhər İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” adlı konfransın iştirakçıları əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzmüşlər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə beynəlxalq konfrans öz işinə başladı.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev çıxış edərək qonaqları, bütün konfrans iştirakçılarını salamladı. O, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, tarix elmləri doktoru Dilarə Seyidzadə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, İstanbul və Yedditəpə Universitetlərinin professoru İbrahim Yıldırım, Bakı Dövlət Universitetinin dosenti Lətifə Əliyeva, AMEA-nın Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri, tarix elmlər doktoru İradə Bağırova, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi Samirə Qasımova və başqaları çıxış etdilər.

Konfransda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar” adlı film nümayiş etdirilib.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə respublikanın ictimai siyasi, sosial mədəni həyatında fəallıq göstərən qadınlar, həmçinin Gəncə, Yevlax, Mingəçevir, şəhərlərinin, Ağdam, Bərdə, Tərtər, Samux, Göygöl, Şəmkir və Kəlbəcər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinə “Diplom”lar təqdim olundu.

Diplomla təqdim olunlar sırasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru İntizar Qafarova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə oldu.

Konfrans iştirakçıları üçün Gəncə şəhərinin görməli yerlərinə ekskursiya təşkil olundu.

Sonra isə konfrans iştirakçıları Gəncə Dövlət Filarmoniyasının yerli musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim edilmişdir.

 

14.1 KB