Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə kitab təqdimatı keçirilib

01.03.2018

Azərbaycan Dillər Universitetinin Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınlarının təhsil aldıqları 1 saylı məktəbdəki pedaqoji təcrübə rəhbəri Anar Rəhimovun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər, Kəlbəcər məktəblərinin direktorları, rayon təhsil idarəsinin mütəxəssisləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Şaiq Əhmədov təcrübəçi müəllimlərin məktəbdə dərs keçməyə başladıqları 10 gün ərzində təhsil müəssisəsində xeyli canlanma yarandığını, şagirdlərdə ingilis dilinə nəzərəçarpacaq dərəcədə maraq oyandığını qeyd edib, pedaqoji təcrübə rəhbəri Anar Rəhimova və təcrübəçi tələbələrə təşəkkürünü bildirib.

Anar Rəhimov tədbirin əhəmiyyətindən danışaraq təqdimatı keçirilən kitabın Azərbaycanın xarici imicinin formalaşmasına çox böyük töhfə verəcəyinə inandığını vurğulayıb. O, əlavə edib ki, monoetnik ölkə olan bədnam qonşularımızdan fərqli olaraq ölkəmiz hər zaman çoxmillətli olub, buradakı xalqlar tarixən dostluq, qardaşlıq şəraitində yaşayıb.

Daha sonra ADU-nun təcrübəçi müəllimləri Roza Məmmədova və Səkinə Məmmədzadə Azərbaycanda mültikulturalizm və tolerantlıq ənənələrindən danışıb, prezident İlham Əliyevin fikirləri, çıxışlarından seçmələr toplanmış kitabın nəşrini Azərbaycanın həyatında önəmli hadisə kimi xarakterizə edib və ölkəmizinin tanınması baxımından informasiya müharibəsi şəraitində güclü təsir vasitəsi olacağını bildiriblər.

Digər çıxışçılar multikulturalizmin Azərbaycanın həyat tərzi olduğunu və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Photogallery

 

16.7 KB