Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialında “Adın şərəflidir sənin ey qadın”

07.03.2018

Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialında 8 Mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Adın şərəflidir sənin ey qadın” adlı şeir saatı keçirildi.

Tədbirdə GDU-nin tələbələri və fəal oxucular iştirak edirdilər. Tədbiri filialın müdiri Firuzə Yunusova açdı və qadınları bayram münasibətilə təbrik etdi. Qeyd etdi ki, ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə “Ana vətən” adlandırırlar. Bu gün xanımlarımız milli-mədəni zənginliklərimizin və mənəvi dəyərlərimizin qorunub saxlanmasının təminatçısıdır.

Kitabxananın fəal oxucusu Arzu Qədimova qeyd etdi ki, hər bir qadın ailənin, cəmiyyətin, dünyanın bəzəyidir. Qadın adı ucadır, şərəflidir. Qadın dahilər yaradan anadır.

İştirakçı oxucular C.Cabbarlının, C.Novruzun, Z.Yaqubun və s. anaya, qadına həsr olunmuş şeirləri söylədilər.

 

59.3 KB