Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ana dedim, qarşımda gözəl səhnə açıldı

07.03.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 07.03.2018-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Ana dedim, qarşımda gözəl səhnə açıldı” başlığı altında şeir gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq iştirakçıları salamladı və bayramın yaranma tarixindən ətraflı məlumat verdi. O, bildirdi ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu bayram təntənəli şəkildə qeyd olunur.

Tədbirdə 27 saylı məktəb-litseyin müəllim, 32 sinif şagirdləri və valideyn kollektivi iştirak etdilər. Tədbirdə, məktəbin ibtidai sinif müəlliməsi Sevil Verdiyeva “Ana müqəddəsdir” başlığı altında məruzə etdi. O, qeyd etdi ki, humanizm, insanpərvərlik, sədaqət, paklıq, vəfa, ismət Azərbaycan qadınını səciyyələndirən əsas xüsusiyyətlərdən biridir.

Sonra tədbirin bədii hissəsi şagirdlərin hazırladığı şeir və musiqi nömrələri ilə davam etdi. Tədbir şagirdlərin müəllim və valideynlərini təbrikləri ilə sona çatdı.

 

10 KB