Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

8 Mart Beynəlxalq Qadınlar günü

07.03.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Xocalı rayon Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Xəstəxanasının baş həkimi Aqil Quliyev və Gəncə Regional Mədəniyyət və Turizm şöbəsinin Xocalı rayon üzrə baş məsləhətçi əvəzi Ruslan Bəşirov, digər idarə, müəssisə rəhbərləri və işçiləri iştirak edirdilər. İlk olaraq Lamiyə Qarayeva çıxış edərək qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi.

O, öz çıxışında “Heydər Əliyev Fondu”nun Prezidenti, Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və dünyada gördüyü böyük işlərdən danışdı.

Tədbirin sonunda rayonun ictimai həyatında fəal iştirak edən qadınlara rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə hədiyyələr təqdim edildi.

 

7.3 KB