Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Beynəlxalq Qadınlar Günü”

08.03.2018

Gəncədə 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib

08 mart 2018-ci il tarixdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə ümumşəhər bayram tədbiri keçirildi.

Tədbirdə “Heydər Əliyev Fondu”nun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları və bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər dövlətlərdən olan nümayəndələr iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları təbrik edərək, onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzuladı.

Ümummilli lider Heydər Əliyev hər zaman qadınların əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda fədəkarcasına çalışırlar. Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

Sonra Gəncə şəhərinin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu. Fəxri fərman və hədiyyələrlə təltif olunanlar sırasında Gəncə Dövlət Dram Teatrının səhnə ustası, Xalq Artisti Pərvanə Qurbanova və Gəncə Rəsm Qalereyasının fond müdiri Məhbubə Həsənova da var idi.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Gəncə Dövlət Kamera Orkestri və “Xəmsə” instrumental tədbir iştirakçılarına maraqlı konsert proqramını təqdim etdi.

 

25.6 KB

 

74 KB

 

21.6 KB