Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Dövlət Dram Teatrında “Matryoşka” tamaşası

09.03.2018

 

Gəncə Dövlət Dram Teatrında Azərbaycan Milli Teatrının yaranmasının 145 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Teatrının direktoru, Respblikanın Əməkdar Mədəniyyət İşçisi Əli Qasımov açaraq Azərbaycan Milli Teatrının yaranma tarixindən danışmış, 145 ildə Milli teatrımızın inkişafından söhbət açaraq teatrın yaradıcılıq kollektivinin və bütün teatrsevərləri tədbir etmişdir.

Sonra teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda türk yazarı Tuncer Cücenoğlunun "Matryoşka” adlı romantik komediyası tamaşaçılara təqdim olunmuşdur. Tamaşada əsərin müəllifi Tuncer Cücenoğlu və digər türk aktyoru Emin Olçay iştirak etmişlər.

 

162.5 KB

 

35.3 KB