Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məhsəti Gəncəvi Mərkəzində Maraqlı foto sərgi

16.03.2018

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində İsveçrənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfirliyi tərəfindən İsveçrənin “Justistal şəhərində Pendir paylanması – 300 illik bir ənənə” layihəsi çərçivəsində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin maraqlı foto sərgi nümayiş etdirildi.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Həsən Məmmədov çıxış edərək, Gəncənin beynəlxalq əlaqələri haqqında məlumat verib. Bu günkü tədbirin də həmin əlaqələrin bariz nümunəsi olduğunu qeyd edib.

İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini xanım Liliana Pesçini də Gəncədə olmaqdan, keçirilən tədbirlərdən məmnunluğunu dilə gətirib.

Fotoqraf Sedrik Kristofer əsərləri haqqında danışarkən deyib ki, sərgidəki 36 ədəd əsərin hamısı ümumilikdə İsveçrədəki bir günü əks etdirir.

Gəncə Dövlət Kamera Orkestrinin müşayəti ilə musiqi sədaları altında sərgiyə baxış keçirildi.

Sərgidə Gəncə şəhər ictimaiyyəti nümayəndələri, həmçinin “Ölkəmizi tanıyaq” layihəsi ilə əlaqədar respublikanın Zaqatala, Balakən, Qax, Ucar, Kürdəmir və s. rayonlarından Gəncəyə gələn şagirdlər və müəllimlər iştirak etdilər.

Tədbir müxtəlif TV-lər tərəfindən nümayiş üçün lentə alındı.

 

14.5 KB

 

22.8 KB