Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncənin Hacıkənd qəsəbəsində yeni park

15.06.2018

Gəncə şəhərində aparılan genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri çərçivəsində Hacıkənd qəsəbəsində yeni “Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılışı oldu.

“Sələflər və Xələflər” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvi başda olmaqla, şəhərin qədim çoxəsrlik tarixinə öz adlarını əbədi həkk etmiş və yazıçıların, eləcə də öz dövründən hünər göstərmiş sənətkarlar və sərkərdələrin heykəlləri ucaldılmışdır.

Parkda ümumilikdə 17 abidə var ki, onların arasında Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Doktəri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci kimi tarixi şəxsiyyətlərin abidələri müəllifi Gəncədə yaşayıb-yaradan heykəltəraş Asəf Həsənovdur.

Açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu parkın salınması Azərbaycan, xüsusi ilə də Gəncənin mədəniyyəti, tarixi və ədəbiyyatının tanıdılması baxımından böyük önəm kəsb edir.

Az müddət ərzində istifadəyə verilən parkda, heykəlləri ucaldılan şəxsiyyətlər barədə ayrıca monoqrafiyaların çap olunması və ərazidə yeni muzeyin yaradılması da nəzərdə tutulmuşdur.

 

22 KB