Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nağıl saatı

05.12.2017

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində növbəti nağıl saatı keçirildi. Nağıllar uşaqların həm psixoloji, həm də ictimai inkişafında əhəmiyyətli rol oynayır. Məsuliyyət sahibi olmaq, yalan danışmamaq və hadisələrdən doğru çıxmaq kimi xususiyyətlərin təkmilləşməsinə kömək edən nağıllar onların xarakterinin inkişafına müsbət təsir göstərir. 05 dekabr il tarixində keçirilən nağıl saatında uşaqlar “Dünya xalq nağıllarından müxtəlif mövzulu nağıllara qulaq asdılar. Kitabxanaçı Nərmin Həsənova uşaqlara “Sehrli nağıllar” silsiləsindən “Ağgül və Qızılgül”,”Quyu üstündə qazotaran qız”, “Bremen çalğıçıları” nağılını, Kifayət Sadıqova isə heyvanlar aləmindən bəhs edən “ “Tülkü və hacıleylək”, “Şir və dövşan”, “Siçan və pişik” və s nağıllarını oxudu. Nağıla diqqətlə qulaq asan uşaqlarla sonda maraqlı müzakirələr aparıldı. Nağıl saatında həftə ərzində 27 nəfər uşaq iştirak etdi.