Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Yarımçıq xatirələr”

05.12.2017

Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 8 avqust 2017-ci il tarixli, 186 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Gəncə şəhər MKS-nin oxu zalında kino mövsümünün açılışı ilə əlaqədar, 05 Noyabr 2017-ci il tarixdə, rejissor Elxan Cəfərovun ekranlaşdırdığı “Yarımçıq xatirələr” filmi nümayiş olundu. oxu zalının Kitabxanaçı Adıgözəlova Mənzər “Yarımçıq xatirələr ” filmi haqqında qısaca məlumat verdi. O, bildirdi ki film 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir. Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir...

Sonda oxucular filmə tamaşa etdilər.