Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Kitabi-Dədə Qorqud”

05.12.2017

05.12.2017-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Gəncə Dövlət Kukla Teatrının ifasında “Kitabi-Dədə Qorqud” dastanının eyni adlı boyu əsasında “Dəli Domrul” tamaşası səhnələşdirildi.

Dastanın ən xoş, ürəyəyatımlı, maraqlı və pozitiv qəhrəmanlarından olan Dəli Domrul və digər qəhrəmanları ilə məktəblilərin görüşü onlarda xoş təəssüratlar yaratdı. Tamaşanin quruluşçu rejissoru əməkdar artist Xudayət Əsgərov, qurluşçu rəssamı isə Sara Məmmədovadır. Tamaşanı Gəncə şəhər 3 ,41 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, eləcədə Gəncə şəhər MKS-nin Uşaq Kitabxanasının fəal oxucuları və kitabxana kollektivi izlədi. Tamaşadan sonra uşaqlarla maraqlı müzakirələr oldu və xatirə şəkilləri çəkildi.

Kitabxanada təşkil olunan tədbirə göstərdiyi diqqət və dəstəyə görə Gəncə Reqional Mədəniyyət vəTurizm İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradova, teatrın baş rejissoru Fərmayıl Paşayevə və aktyor truppasına uşaq kitabxanası tərəfindən dərin təşəkkürümüzü bildiririk.

 

29 KB

 

31.8 KB