Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Aləmzər Əlizadə və uşaq aləmi”

26.10.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 26.10.2018-ci il tarixində şair Aləmzər Əlizadə ilə “Aləmzər Əlizadə və uşaq aləmi” başlığı altında görüş keçirildi. Tədbirdə Gəncə şəhər Uşaq Kitabxanasının oxucuları, İmadədin Nəsimi adına 44№-li orta məktəbin III sinif şagirdləri və valideynlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq tədbir iştirakçılarını salamladı . Sonra tədbirin aparıcısı Aytən Əliyeva, iştirakçılara şairə Aləmzər Əlizadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Görüşdə iştirak edən AYB Gəncə bölməsinin yazıçılarından Eltun Türkel, İqbal Baba, Zaur Həkim, Sahib İbrahimli, Ramiz Təmkin şairin ədəbi fəaliyyətindən söhbət açaraq bildirdilər ki, Aləmzər Əlizadə orijinal, duzlu – məzəli şerləri ilə balacaların rəğbətini qazanmışdır. Uşaqları dərin məhəbbətlə sevməsi, xarakterində uşaqlara məxsus kövrək cizgilərin olması, balacaların həyatını diqqətlə müşahidə etməsi, yumor duyğusu Aləmzər Əlizadənin uşaq şerlərinin uğurlarını təmin edən cəhətlərdir. Tədbirdə məktəblilər tərəfindən şairin “Küsən külək”, “Dolu ay”, “Məndə ağlayıram”, “Topumu atma”, “Atlı lobya”, “Gözü düymə”, “Çöldə çiçəklər”, “Dəcəl cücə” və s şeirləri ifa olundu. Oxucular şairin“Dələ və şeşəqulaq” nağılı əsasında hazırlanmış səhnəcik təqdim etdilər.

Tədbirin sonunda Gəncə MKS-nin metodika şöbəsinin metodisti Şahnaz Əhmədova və 44№-li məktəbin sinif müəlliməsi Sevil Quliyeva öz ürək sözlərini bildirdilər. Görüşdə balaca oxucuların suallarını cavablandıran Aləmzər Əlizadə öz yeni şerlərini də balaca oxucularına söylədi.Şairə xanım bu görüşdən məmnunluq hissi keçirdiyini , bunun üçün kitabxananın kollektivinə təşəkkürünü bildirdi.

 

27.4 KB