Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bayrağımız qürur mənbəyimizdir”

06.11.2018

Goranboy rayon Mərkəzi Kitabxananın, Heydər Əliyev Mərkəzinin və 1 №-li Sənətkarlıq evinin işçiləri ilə birlikdə Heydər Əliyev Mərkəzində 9 Noyabr – Dövlət Bayraq gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi.

Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açaraq Bayraq gününün tarixi haqqında ətraflı məlumat verdi. Mərkəzi Kitabxananın Xidmət şöbəsinin işçisi Gülnar Nəcəfova “Bayrağımız qürur mənbəyimizdir” adlı məruzə ilə çıxış etdi.

1 №-li Sənətkarlıq evinin müdiri Nazilə Kazımova, Heydər Əliyev Mərkəzinin işçisi Mətanət Hüseynova məruzə ərtafı çıxış edərək bildirdilər ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə dövlət rəmzi kimi qəbul edilmişdir.

Hər bir azərbaycanlı kimi biz də babalarımızın vaxtı ilə qurduğu bu azad və müstəqil dövlətlə, onun rəmzləri ilə fəxr edirik.

Üçrəngli bayraq bizim mənəvi sərvətimizdir, inanc yerimizdir.

Tədbirdə 2 №-li tam orta məktəbin şagirdləri iştirak etdilər.

 

20.2 KB