Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azadlığın rəmzi var bayrağımızda

06.11.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 6 noyabr 2018-ci il tarixdə Bayraq günü münasibətilə “Azadlığın rəmzi var bayrağımızda” başlığı altında şeir gecəsi keçirildi.Tədbirdə 32 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbiri açıq elan edən 16 saylı filialın müdiri Lyudmila Axundova iştirakçıları salamladı və onları “Bayraq günü” münasibətilə təbrik etdi. 32 saylı orta məktəbin müəlliməsi Elmira Əhmədova iştirakçılara “Bayraq günü” haqqında məlumat verərərk bildirdi ki, hər bir azərbaycanlı kimi, mən də babalarımızın qurduğu bu azad və müstəqil dövlətlə, onun rəmzləri ilə fəxr edirəm. Başımızın üstündə dalğalanan üçrəngli bayrağımızda vətənin gücünü, qüdrətini görürəm. Üçrəngli bayraq biizm mənəvi sərvətimiz, inanc yerimizdir. Sonra həmin məktəbin müəlliməsi Fidan Əliyeva qeyd etdi ki, bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilədə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də bu bayraq hər bir azərbaycanlı üçün həm də müqəddəsdir. Azərbaycanın dilbər guşəsi Qarabağ uğrunda başlanan meydan hərakatının ilk günlərindən üçrəngli bayrağımız Azadlıq meydanında özünə əbədi məskən saldı... Tədbiri 32 saylı orta məktəbin şagirdləri dalğalanan bayraq altında hazırladıqları şeir və kompozisiyalarla davam etdirdilər.

 

109.1 KB