Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bayraq Vətən Deməkdir”

07.11.2018

Gəncə şəhər MKS-nin Uşaq Şöbəsində 07.11.2018-ci il tarixdə Azərbaycanın Dövlət Bayrağı Günü Münasibətilə “Bayraq Vətən Deməkdir” başlığı altında şeir gecəsi keçirildi.

İştirakçılar “Yaşa Azərbaycan, yaşa mənim xalqım” mahnısının sədaları altında zala daxil oldular. Tədbiri Uşaq şöbəsinin müdiri Ellada Rəhimova açaraq tədbir iştirakçılarını 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi. Bildirdi ki, Dövlət Bayrağı hər birimiz üçün Vətən, millət və dil qədər əzizdir. Tədbirin aparıcısıAytən xanım Azərbaycanın Dövlət Bayrağı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bayraq xalqın müstəqillik , suverenlik, milli azadlıq, istiqlal ideyalarını simvolizə edir. Tədbirdə iştirak edən İ.Məmmədov adına 27 saylı məktəb-liseyin müəlliməsi Sevil Verdiyeva qeyd etdi ki, bayraq dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə müqəddəslik rəmzidir. Millətin, xalqın qeyrət simvoludur. Sonra şeir gecəsi bədii hissə ilə davam etdi. İlk olaraq uşaqların ifasında Dövlət Himni səsləndi. Sonra məktəbin 4/2 sinif şagirdlərinin ifasında “Azərbaycan bayrağı”, “Bayraq”, “İstiqlal”, “Vətən”, “Azərbaycanım mənim”, “Üç rəngli bayraq” “Dədə Heydər-Atatürk” və s. şeirləri səsləndi. Yəhyayeva Səidə və Namazova Nəzrin Ramiz Qusarçaylının “Azərbaycan bayrağı”şeirindən ibarət kompozisiya ilə çıxışlar, uşaqların ifasında rəqs nömrələri ifa olundu. Tədbirdə bayraq gününə aid video-çarxda nümayişetdirildi. Şeir gecəsində kitabxananın oxucuları, İ.Məmmədov adına 27 saylı məktəb-liseyin müəllim və şagird kollektivi və valideynlər iştirak etdilər.

 

27.3 KB