Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Haqq yolçusu – Hüseyn Cavid “

06.12.2017

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyevin Sərəncamına əsasən 6 dekabr 2017-ci il tarixində Samux rayon Mərkəzi Kitabxanada Xidmət şöbəsinin müdiri Əliyeva Vüsalə Zirəddin qızının təşəbbüsü ilə hazırlanmış “Haqq yolçusu – Hüseyn Cavid “ adlı ədəbi - bədii gecə kecirildi. Tədbirdə azərbaycan xalqının qüdrətli söz ustası Hüseyn Cavidin həyat və yaradıcılığından, əsərlərindən bəhs olundu. “Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb yaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək!

Tədbirdə onun haqqında yazılmış xatirələr və Ulu öndər Heydər Əliyevin görkəmli şair və yazıçılar haqqında söylədiyi fikirləri əks etdirən kitablar nümayiş olunub.

Eyni zamanda söz ustadının şerləri, dram əsərlərindən parçalar və sözlərinə yazılmış mahnılar nümayiş olundu.