Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Səni kim unudar” adlı musiqili ədəbi-bədii gecə

26.11.2018

Gəncə şəhər MKS-nin Oxu zalında Azərbaycan poeziyasının ən parlaq simalarından olan, XX əsr azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əbədiyaşar şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Səni kim unudar” adlı musiqili ədəbi-bədii gecə keçirildi.

Tədbirdə şair və yazıçılar, aktyorlar, tələbə-gənclər, şagirdlər, mədəniyyət və incəsənət iştirak etdilər.

Yubiley gecəsində Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı solistləri şairin şeirlərinə bəstələnmiş mahnılar ifa etdilər.

Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin üzvləri şairin həyat və yaradıcılığından danışaraq, şairə həsr etdikləri şeirlərini təqdim etdilər.

 

40.4 KB

 

42.3 KB

 

33 KB