Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucadan oxu

29.11.2018

27.11.2018- ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Cəfər Cabbarlının “Dilarə” hekayəsindən ucadan oxu keçirildi.

Uşaq şöbəsinin kitabxanaçısı Nərmin Həsənova yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. O bildirdi ki, C.Cabbarlı yaradıcılığı bədii metodların əlvanlığı ilə bir estetik çələngə bənzəyir. Onun səhnə əsərləri, tarixi dramları onilliklər boyu böyük bir nəslin vətənpərvərlik məktəbi olmuşdur. Azərbaycan dramaturgiyasının realist ənənələrini davam və inkişaf etdirən C.Cabbarlı bir dramaturq kimi ədəbiyyatımız tarixində yeni səhifə açmışdır. Onun bir çöx əsərləri tamaşaya qoyulmuş və filmlər çəkilmişdir. C.Cabbarlı uşaqları da yaddan çıxartmamışdır. O, “Aslan və Fərhat”, “Çocuq”, “Altun heykəl”, “Papaq”, “Dilbər”, “Dilarə” və s. hekayələrində dövrün həqiqətlərini, köhnəlik və yeniliyin mübarizəsini, mənəvi-əxlaqi problemləri, cəmiyyətdəki nöqsanları, savadsızlığı, sosial ədalətsizliyi əks etdirmişdir. Nərmin xanım ilk olaraq hekayəni uşaqlara oxudu və sonra hekayəni uşaqlar oxumağa davam etdilər. Hekayə uşaqların böyük həvəs və marağına səbəb oldu.

 

35.6 KB