Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlilabad şəhərində “Bölgələrdən – bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri

30.11.2018

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçirildi.

Sonra Mədəniyyət Nazirliyinin Regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi və Nazirliyin təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə Gəncə şəhərinin nümayəndə heyyəti regional idarələrin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsində və “Bölgələrdən – bölgələrə” yaradıcılıq festivalında iştirak etdi.

Yaradıcılıq festivalının yekun tədbirində Gəncə şəhərinin dekorativ tətbiqi sənət ustalarının əl işləri, Gəncə mətbəxinə məxsus şirniyyat növləri, paxlava, zilviyyə və s. nümayiş etdirildi.

Tədbirdə Gəncə şəhərinin “Ozan” qədim musiqi alətləri ansamblının konsert proqramı təqdim olundu.

 

26.8 KB

 

28.3 KB