Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Ədəbi aləmdə əbədiləşən sənətkar”

30.11.2018

Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Xalq yazıçısı İmran Qasımovun 100 illiyi ilə münasibətilə “Ədəbi aləmdə əbədiləşən sənətkar ” başlıqlı konfrans keçirildi.

Konfransı Oxu zalının müdiri Sevda Əliyeva açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Abonemet şöbəsinin fond müdiri Gülnar Nəcəfova “Ədəbi aləmdə əbədiləşən sənətkar” başlıqlı məruzə ilə çıxış etdi.

Görkəmli ədib, ssenarist, xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Qasımov XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan sənətkarlardandır. Ona görə də parlaq şəxsiyyəti və dərin məzmunlu əsərləri ilə o, qəlblərdə əbədi yaşayacaqdır.

Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, Avtomatlaşdırma şöbəsinin müdiri Aygün Əliyeva məruzə ətrafı çıxışlar etdilər.

İmran Qasımovun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub və kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanır.

Sonda iştirakçıları “İmran Qasımov-100” başlıqlı sərgi ilə tanış oldular.

 

28.4 KB