Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Narkomoniya əsrimizin bəlasıdır”

30.11.2018

Goranboy rayon 1 N-li tam orta məktəbdə Mərkəzi Kitabxana ilə birlikdə “Narkomaniya insanlara bədbəxtlik və şikəstlik gətirir” başlıqlı tədbir keçirildi.

Tədbiri 1 N-li məktəbin təşkilatçısı Vəfa Ağamalıyeva açaraq narkomaniyanın insanların həyatında törətdiyi fəsadlardan danışdı. Mərkəzi Kitabxananın əməkdaşı Ülviyyə Kazımova “Narkomoniya əsrimizin bəlasıdır” başlıqlı məruzə ilə çıxış etdi. Xidmət şöbəsinin baş kitabxanaçısı Durdanə Bayramova, Avtomatlaşdırma şöbəsinin işçisi Günel Vəliyeva məruzəərtafı çıxışlar etdilər.

Tədbirdə qeyd olundu ki, narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür, narkotik zəhərlərdən, psixi asılıq yaradan xəstəlikdir. Narkomaniya ilə mübarizə ümumxalq işidir.

Gəlin, hamımız bu şüara qoşulaq, gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək.

 

22 KB