Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qadın azad insandır.

01.12.2018

01.12.18 - ci il tarixdə MKS - nin 7saylı kitabxana filialında Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə “Qadın azad insandır” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açaraq bildirdi ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Kitabxanaçı bütün iştirakçıları dəyirmi masa mövzusu ilə əlaqədar fəal münasibət bildirməyə çağirdı. Böyük kitabxanaçı Könül Mirxudayeva qeyd etdi ki, 1999 - cu ildə BMT 25 noyabrı rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla mübarizə günü” elan edib. Bu tarix Mirabal bacılarının (Patriya,Minevra və Mariya Tereza) xatirəsinə həsr olunmuşdur. Bacıların qətli 1960 - cı il noyabrın 25 - də Dominikan Respublikasında Rafael Truxilyonun rəhbərliyi ilə törədilmişdir. Mirabal bacıları həm ictimai, həm də feminist hərəkatın simvolu idilər. 3 saylı musiqi məktəbinin müəllimi Şövkət Məmmədova, GDU - nin tarix fakültəsinin IV kurs tələbəsi Maya Məmmədova və b. mövzu ətrafında çıxış etdilər. Sonda Natella xanım fəal iştirakçılara öz təşəkkürünü bildirdi və qeyd etdi ki, bu problemin aradan qaldırılması istiqamətində davamlı aparılan tədbirlər öz müsbət nəticələrini verəcəkdir və buna ümid edirik.

 

25.8 KB