Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Əlillərə nəvazişlə yanaşaq”

03.12.2018

03.12.2018-ci il tarixi saat 1500-da MKS-nin 11 saylı kitabxana filialı I qrup gözden fiziki qüsurlu Vüqar Qasımov ilə Beynəlxalq Gözdən Əlillər günü münasibətilə “Əlillərə nəvazişlə yanaşaq” adlı görüş keçirdi.

Tədbiri 11 saylı kitabxana filialının müdiri Esmira Həsənova açaraq Beynəlxalq Əlillər günü və Azərbaycan Respublikasında əlillərə göstərilən nəvazişlər haqqında geniş məlumat verdi.

Sonra filialının müdiri Esmira Həsənova I qrup Qarabağ əlili olan Vüqar Qasımova Azərbaycan görkəmli şairləri Məmmədhüseyn Şəhriyarın Seçilmiş əsərləri və Tofiq Bayramın Seçilmiş əsərləri kitablarının təqdimatını etdi. Daha sonra isə oxucunun istəyinə uyğun olaraq Tofiq Bayramın “Qadın ürəyi” şeirini oxudu.

Sonda Qasımovlar ailəsi və Esmira Həsənovaya bu xidmətə görə öz minnətdarlıqlarını bildirərək, belə görüşlərin tez-tez olmasını arzuladılar.

 

33.4 KB