Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhəri Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin konserti

04.12.2018

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konsert oldu.

Konserti Fikrət Əmirovun adını daşıyan Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi təşkil etdi.

Gəncə Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsertdə görkəmli bəstəkarların əsərləri məktəbin şagird və müəllimlərinin ifasında təqdim olundu.

 

22.8 KB