Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Nağıllar aləminə səyahət”

03.12.2018

03.12.2018-ci il tarixdə Gəncə şəhər MKS Uşaq Şöbəsinin işçiləri Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq qüsurlu uşaqların təhsil aldığı 45№ li məktəbdə “Nağıllar aləminə səyahət” başlığı altında kitab sərgisi keçirtdi.

Sərgidə Azərbaycan uşaq şair və yazıçılarından İlyas Tapdıq, Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Gülzar İbrahimova, Aygün Bünyadzadə, Reyhan Yusifqizi Rafiq Yusifoğlu , Aləmzər Əlizadə və s. uşaqlar üçün yazdığı nağıl, hekayə, şeirləri ilə bərabər, dünya uşaq ədəbiyyatının ən görkəmli simalarınından A.S.Puşkin, R.Kiplinq, H.K.Andersen və s.yazıçıların əsərləri də yer almışdır. Məqsədimiz 45№ li məktəbdə təhsil alan uşaqları da kitabxanaya yeni gələn uşaq ədəbiyyatı ilə tanış etmək, onların kitab oxumağa marağını artırmaqdır. Tədbirdə100 ə yaxın kitab sərgiləndi

 

36.9 KB