Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalılar Həmrəylik gününü və Yeni ilin gəlişini qeyd etdilər

04.01.2019

Xocalı rayon Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Xocalı rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələləri şöbəsinin müdiri Lamiyyə Qarayeva açaraq tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib.

Qeyd edib ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdiyini bildirib.

Daha sonra İcra Hakimiyyətinin başçısının müavini Vahid Əliyev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini uğurla davam etdirir. Hazırda dövlətimizin başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Bayram tədbiri maraqlı konsert proqramı ilə başa çatıb.

 

16 KB

 

17.4 KB