Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

2 Fevral – Gənclər günü münasibəti ilə ümumşəhər bayram tədbi

31.01.2019

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti rəhbərliyinin dəstəyi ilə 2 Fevral – Gənclər günü münasibəti ilə ümumşəhər bayram tədbiri keçirildi.

Tədbirdən əvvəl şəhər rəhbərliyi və digər iştirakçılar gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov gəncləri bayram münasibəti ilə təbrik etdi. O, öz çıxışında qeyd etdi ki, 1996-cı ildə ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunmuşdur. Azərbaycanda gənclər siyasəti dövlətimizin mühüm tərkib hissəsidir və bu siyasət ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edənlərin hər biri, respublikamızda gənclərə göstərilən Dövlət qayğısından danışdılar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya gənclərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər.

Ümumşəhər tədbirində Gəncə şəhərinin mədəniyyət müəssisələrində çalışan gənclərin də iştirakı təmin edildi.

 

23.8 KB

 

26.5 KB

 

35.5 KB