Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalılar 2 Fevral – Gənclər gününü qeyd etdilər

01.02.2019

Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində Gənclər günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Xocalı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramiz Alıyev açdı. O, bildirdi ki, 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Xocalı rayon İcra Hakimiyyətinin Başçısının müavini Lamiə Qarayeva çıxış edərək bildirdi ki, Azərbaycanın uğurlu gələcəyi savadlı, sağlam, vətənpərvər gənclərə bağlıdır. Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini görməkdən ötrü gənclərə diqqət yetirmək lazımdır. Azərbaycan gəncləri də bu diqqəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən görür.

Daha sonra qəbul imtahanlarında yüksək bal toplamış məzunlar, respublika və beynəlxalq idman yarışlarında uğur qazanmış idmançılar, mədəniyyət və musiqi müsabiqələrində fərqlənmiş gənclər, həmçinin rayonun ictimai işlərində fəallıq göstərən gənclər Fəxri fərmanla təltif edillər.

Tədbir sonda rayon Mədəniyyət evi və 3 nömrəli Uşaq Musiqi Məktəbinin hazırladıqları konsert proqramı ilə yekunlaşdı.

 

26.2 KB