Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gənclərimiz gələcəyin təminatıdır”

01.02.2019

01.02.2019- cu il tarixdə Heydər Əliyev Mərkəzində yerləşən 16 № kitabxana filialı Heydər Əliyev Mərkəzi ilə birgə “Gənclərimiz gələcəyin təminatıdır” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirə dəvət olunmuş GTM-nin üzvləri, GDU-nun və ADAU-nun tələbələri mədəniyyət işçiləri, və digər tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyev mərkəzində ümummilli liderinin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən stendlərlə tanış oldular. Kitabxana filialının müdiri Lyudmila Axundova tədbiri açaraq iştirakçıları salamladı və tədbirin məqsədi haqqında qısa məlumat verdi.

Sonra mövzu ətrafında müzakirələr oldu.

Gənclər Evini əməkdaşı Gülnar Məmmədova, GDU-nun tələbəsi Günay Məmmədova, ADAU-nun tələbəsi Valeh Əsədov, GTM-nin üzvü Kənan Orucov, Heydər Əliyev Mərkəzinin fond müdiri İlknur İsgəndərova mövzu haqqında çıxışlar etdilər.

Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını xatırlatdılar, qeyd etdilər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Lyudmila Axundova "dəyirmi masa"ya yekun vuraraq dedi ki, hesab edirəm, dəyərli müzakirələr oldu. Tədbirdə fəal iştirakınıza görə dərin təşəkkürümüzü bildiririk.

 

30.8 KB