Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Cənclər cəmçiyyətin aparıcı qüvvəsidir”

01.02.2019

1.02.2019- su il tarixdə MKS-nin 24 №li kitabxana filialı 2№li Peşə Liseyi ilə birgə 2 fevral Gənclər günü münasibətilə “Cənclər cəmçiyyətin aparıcı qüvvəsidir” adlı dəyirmi masa keçirdi. Tədbiri kitabxana filialının müdirin Rahilə Qasımova açaraq gəncləri salamladı, 2 fevral gənclər günü münasibətilə gəncləri təbrik etdi və gənclər gününün yaranma tarixi haqqında qısa məlumat verdi.

Peşə liseyinin dərs hissə müdiri Şəfəq Mehtiyeva çıxışında qeyd etdi ki, gənclər gününün yaradılması Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğının təzahürüdür.

Tədbirdə iştirak edən müəllimlərdən Lalə Ocaqquliyeva, Səbinə Nəbiyeva, Ruqiyyə Əliyeva da gəncləri bu bayram münasibətilə təbrik etdilər. Müəllimələr qeyd etdi ki, liseyimizdəki gənclərin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşması üçün əlimizdən gələni əsirgəmiyəcəyik.

Tədbirdə iştirak edən gənclər də Azərbaycan dövlətinin çiçəklənməsi və xoşbəxt gələcəyi naminə seçdikləri ixtisasla vətənlərinə layiq övlad olacaqlarını söylədilər.

Tədbirdə Ulu öndər Heydər Əliyevin gənclər haqqında fikirləri videoçarxla dinlənildi.

Sonda gənclər liseyin həyətində xatirə olaraq ağaclar əkdilər.

 

24.8 KB