Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Ölüm həsrəti” adlı bir hissəli tamaşa

03.02.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Sabir Şahtaxtının “Ölüm həsrəti” adlı bir hissəli tamaşası Gəncə teatrsevərlərinə təqdim olundu.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında təqdim olunan tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Respublikanın Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyevin direktoru olduğu İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı “Ölüm həsrəti” tamaşası Xocalı faciəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılara verilən işgəncələrdən bəhs edir.

Tamaşada baş rolların ifaçıları; Bəhruz Hikmətoğlu, Nizamməddin Səfərəliyev, Sevinc Hüseynova ilə yanaşı, Əməkdar artistlər; Rəşid Səməndər, Tünzalə Əliyeva, Xatirə Süleymanova, eləcə də aktryorlar; Günay Əliyeva, Səbinə İmamverdiyeva, Şəbnəm Cəbrayılova, Əmrülla Nurullayev, Gültac Əsgərova, Müdvər Nemətova, Səmayə İsmayılova, Elnarə Heydərova, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Rövşən Cəfərov, Natiq Həziyev, Məmməd Zeynalov, Arzuman Tanrıverdiyev, iştirak edirdilər.

“Ölüm həsrəti” adlı bir hissəli faciə Gəncə teatrsevərlərinə ilk dəfə idi təqdim olundu.

 

15.8 KB

 

14.4 KB

 

17.9 KB