Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Düzqışlaq kənd Uşaq Musiqi Məktəbində Gənclər günü qeyd edildi

02.02.2019

Goranboy rayonu Düzqışlaq kənd Uşaq Musiqi Məktəbində 2 Fevral Gənclər günü münasibəti ilə bayram tədbiri keçirildi.

Məktəbin direktoru Kazım İsmayılov tədbiri açaraq 2 Fevral Gənclər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, gənclər siyasəti Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.

2 Fevral Gənclər günü Ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Fərmanına əsasən qeyd olunur.

Məruzəçi öz çıxışında Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı üçün ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva tədbir iştirakçıları adından minnətdarlığını bildirdi.

Sonra məktəbin şagird və müəllimlərinin hazırladıqları maraqlı konsert proqramı təqdim edildi.

 

29.1 KB