Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ürəklərdə yaşayan Qəhrəman

07.02.2019

Bu gün Gəncə şəhər Mərkəzi kitabxananın Oxu zalında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü ilə əlaqədar “Ürəklərdə yaşayan Qəhrəman” adlı anım günü keçirildi.

Tədbirdə MKS-nin direktoru Elmira Əliyeva, GDU-nin Tarix kafedrasının dosenti Hüseyin Bəxtiyarov, 6 saylı orta məktəbin müəllim və şagird kollektivi, GDU,ADAU-nun tələbələri, kitabxanin fəal oxucuları iştirak etdilər.

İlk öncə Vətən yolunda şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə başlayan Elmira Əliyeva əvvəlcə Azərbaycanın Milli Qəhrəmanının qısa, lakin şərəfli və mənalı həyat yolundan, onun ilahi vətən məhəbbətindən, şəhid olduğu gün göstərdiyi şücaətlərdən söhbət açıb, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Mübariz İbrahimovun və onun kimi qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını, daim əziz tutulacağını bildirmişdir. O, öz çıxışında tarix boyu erməni qəsbkarlarının bizim başımıza gətirdiyi acı hadisələrdən danışdı. Və qeyd etdi ki, Qarabağın qurtuluş yolu mübarizədən keçir. Onun xilası üçün hamımız MÜBARİZ olmalıyıq.

Anım günündə çıxışlardan sonra məktəbli oxucular vətənə Milli qəramanlara həsr olunmuş şerlər səsləndirdilər

 

32.7 KB

 

25.4 KB

 

29.6 KB