Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xərçəngə qarşı mübarizəyə qoşulaq

07.02.2019

07.02.19 - cu il tarixdə MKS - nin 7 saylı kitabxana filialında 4 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar “Xərçəngə qarşı mübarizəyə qoşulaq” adlı informasiya saatı keçirildi. Tədbiri Onkoloji xəstəxananın tibb bacısı Şəfa Əsgərova aparırdı. O, çıxışında qeyd etdi ki, 2005 - ci ildən başlayaraq fevralın 4 – ü Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir və bu günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək və onun yeni müalicə üsullarını dünya ictimayyətinə çatdırmaqdır. Şəfa xanım qeyd etdi ki, MOM – dan bildiriblər ki, fevralın 4- ü Bakıda və Gəncədə “Gəncə Mall” və ASAN xidmət mərkəzlərində bu xəstəliyin profilaktikası haqqında faydalı informasiya olan bukletlər paylanacaq.O, qeyd etdi ki, 100 - ə yaxın xərçəng növü var və təəssüflər olsun ki, ölkəmizdə də onkoloji xəstəliyin sayında artım var və hazırda ölkəmizdə xərçənglə üzləşən 17,5 min xəstə var. Tibb bacısı vurğuladı ki, müasir dövrdə bu xəstəliyin yaranma səbəbləri və üçdə bir hissəsinin qarşısının alınması məlumdur. Ölkəmizdə də bu xəstəliyin müalicəsində ciddi addımlar atılıb və bu iş plana uyğun şəkildə davam etdirilir. Şəfa xanım belə tədbirlərin təqdirə layiq olduğunu bildirdi və qeyd etdi ki, 2019 – 2021 - ci illərdə D.X Q.M.G “ Mən varam və olacağam” şüarı altında keçiriləcək.

 

26.7 KB