Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qəhrəmanlar unudulmur”

28.02.2019

Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirtdi. Hərbi vətənpərvərlik mövzusunda hazırlanmış tədbirdə əsas məqsəd məktəblilərə torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşub, hünər göstərmiş Milli Qəhrəman adına layiq görülmüş oğullarımızı tanıtmaqdan ibarətdir.

Tədbiri Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açıq elan etdi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Tağıyev Şahin Talıb oğlunun həyat və döyüş yolu haqqında Oxu zalının müdiri Samirə Əliyeva, Xəlilbəyli Təbriz Xəlil Rza oğlunun həyat və döyüş yolu haqqında multimedia resursları üzrə mütəxəsis Rəbiyə Əliyeva, Ağayev Bəylər Tapdıq oğlunun həyat və döyüş yolu haqqında biblioqraf Pakizə İsmayılova geniş məlumat verdilər.

Sonra məktəblilərin ifasında “Ey Vətən oğlu” adlı kompozisiyası tədbir iştirakçılarına təqdim olundu.

Tədbir hərbi paltar geyinmiş oğlanların ifasında “Salam Vətən-Salam Vətən” mahnısı ilə başa çatdı.

 

12.1 KB