Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəfər Cabbarlının 120 illiyi

04.03.2019

Gəncə MKS-nin Uşaq şöbəsində 04.03.2019-cu ildə azərbaycanlı dramaturq, şair və nasir Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən“Firuzə” hekayəsinin müzakirəsi keçirildi. Şöbənin müdiri Aytən Əliyeva əvvəlcə iştirakçılara tədbirin məqsədi, məramı və yazıçı Cəfər Cabbarlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verdi.Bildirdi ki, Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının,mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmişdir. Onun zəngin və təkrarasız ədəbi irsi bu gündə oxucuların diqqət mərkəzindədir. Sonra yazıçının “Firuzə” hekayəsinin müzakirəsi başladı. Oxuculardan Məmmədova Ülkər -Firuzə hekayəsində yazıçının savadsızlığı, sosial ədalətsizliyi, qadın hüquqsuzluğu kimi problemləri qələmə aldığını danışdı. Müstafayev İlham- hekayədə insanların yaşadıqları dövrdə necə hüquqsuz olduğunu sonralar isə onların cəmiyyətdə savadlı bir insan olaraq daha da irəli getməsindən söhbət açdı. Məhərrəmli Dəniz -hekayənin əsasən Azərbaycan qadınlarının taleyinə həsr edildiyindən və onların passiv həyatdan yüksələrək necə mübariz bir insana çevrildiklərindən söhbət getdiyini bildirdi. Tədbirdə kitabxananın bir qrup oxucuları iştirak etdilər.

 

131.7 KB