Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaqlardan ibarət Xalq Çalğı Alətləri Orkestrinin yubiley konserti

03.03.2019

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə şəhər Uşaq Musiqi məktəblərinin birləşmiş Xalq Çalğı Alətləri Orkestrinin 45 illiyinə həsr olunmuş maraqlı konsert oldu. Telman Hacıyev adına Gəncə şəhəri 2 №-li Uşaq Musiqi məktəbinin Xalq Çalğı ALətləri şöbəsinin müəllimi istedadlı tarzən Rafiq İrzayevin bədii rəhbəri və drijoru olduğu Uşaq Musiqi məktəblərinin birləşmiş Xalq Çalğı Alətləri Orkestri bir-birindən maraqlı musiqi nömrələri ifa etdilər. Proqrama Azərbaycan Xalq və bəstəkar mahnıları ilə yanaşı muğamlardan parçalar daxil edilmişdir. İştirakçılar tərəfindən “Cahangah”, “Bayatı-Şiraz”, “Heyrati”, “Rahab” muğamları ilə yanaşı Niyazinin “Arzu”, Tofiq Quliyevin “Qəmgin mahnı”, Səid Rüstəmovun “Getmə”, xalq mahnısı: “Ay bəri-bax”, xalq rəqsləri; “Birliyant”, “Mərcani” və s. musiqi nömrələrini böyük rəğbətlə qarşıladılar. Yubiley konserti alqışlarla başa çatdı.

 

86.1 KB