Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə “Novruz- 2019” bayram konsertlərinə start verildi

03.03.2019

Gəncə şəhəri Heydər Əliyev adına meydanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Gəncland” Ailəvi İstirahət və Əyləncə kompleksinin təşkilatçılığı ilə xalqımızın ən əziz bayramlarından olan Novruz bayramına həsr olunmuş konsertlərə start verildi. İlk konsert Od çərşənbəsinin qeyd olunduğu günə təsadüf etdi. Konsertin aparıcısı Novruz bayramı barədə, Novruz çərşənbələri, o cümlədən Od çərşənbəsi barədə məlumat verdi, xalqımıza Novruz sevinci, bahar təravəti, sülh, əmin-amanlıq arzuladı. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası solistlərinin, uşaq musiqi, incəsənət məktəblərinin səs muğam, vokal sinfinin şagird və müəllimlərinin ifa etdikləri vətəni, novruzu, baharı vəsf edən mahnılar meydana toplaşan gəncəlilərə, qonaqlara xoş ovqat bəxş etdi. Gəncə Dövlət Kukla Teatrının aktyorlarının ifasında Novruz personajları: Kosa və Keçəlin şən zarafatları, Novruz arzuları maraqla qarşılandı. Konsert axşam saatlarınadək davam etdi.

 

126.9 KB

 

151.4 KB

 

138.2 KB