Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

8 Mart

07.03.2019

7 mart 2019- cu il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində “8 Mart” Beynəlxalq Qadınlar gününə həsr edilmiş tədbir keçirildi. Məktəbin direktoru A.Əliyeva məktəbdə fəaliyyət göstərən bütün qadınları ,eləcə də qadın valideyinləri bayram münasibətilə təbrik edərək onlar üçün hazırlanmış konsert proqramına baxmağa dəvət etdi. “8 Mart “ Beynəlxalq qadınlar günü barədə məktəbin fortepiano müəllimi Ülviyyə İsayeva tədbir iştirakçılarını məlumatlandırdı.Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları ,dünya bəstəkarlarının əsərlərindən ibarət nümunələr məktəbin şagirdlərinin ifasında müxtəlif alətlərdə səsləndirildi.

 

186 KB