Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı rayon Mədəniyyət evində bayram konserti

07.03.2019

Xocalı rayon Mədəniyyət evində 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Lamiə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov və digər idarə, müəssisə işçiləri iştirak edirdi. İlk öncə Ruslan Bəşirov çıxış edərək xanımları səmimi qəlbdən təbrik etdi, onlara uzun ömür, can sağlığı arzuladı və sözü Lamiə Qarayevaya verdi. Lamiə xanım Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov və öz adından bütün xanımları təbrik etdi, onlara qadın səadəti, xoşbəxtlik dilədi. O, qadınların ölkəmizin tarixindəki əvəzsiz xidmətlərindən, gördüyü böyük işlərdən danışdı. Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən xanımlar fəxri fərmanla təltif edildi. Sonda tədbir rayon mədəniyyət evinin 3 nömrəli Uşaq musiqi məktəbi ilə birgə hazırladığı konsert proqramı ilə yekunlaşdı.

 

96.9 KB