Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə Yel çərşənbəsi

12.03.2019

Gəncə şəhər Heydər Əliyev adına meydanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Gəncland” Ailəvi İstirahət və Əyləncə kompleksinin təşkilatçılığı ilə xalqımızın ən əziz bayramlarından olan Novruz bayramının 3-cü çərşənbəsinə - Yel çərşənbəsinə həsr olunmuş konsert şəhər əhalisinə təqdim olundu. Konsertdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Gəncə şəhər uşaq musiqi, incəsənət məktəblərinin müəllim və şagirdləri vətəni, Novruzu, yazın gəlişini vəsf edən mahnılar ifa etdilər. “Ozan” qədim musiqi alətləri ansamblının, eləcə də Novruzun əsas personajları olan Bahar qızın, Kosa və Keçəlin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Konsert axşam saatlarınadək davam etdi.

 

86.1 KB

 

71.3 KB