Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yurdumuza bahar gəlir

12.03.2019

Goranboy Dövlət Rəsm Qalereyasında Novruz bayramı münasibəti ilə "Yurdumuza bahar gəlir" adlı sərgi təşkil edildi. Sərgidə mövzu ilə əlaqəli tamaşaçıları Goranboy şəhər 2 nömrəli orta məktəbin 9-cu sinif şagirdləri olmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə Novruz bayramı münasibəti ilə təşkil edilmiş sərgidə çıxış edərək bildirdi ki, Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə ilə gündüzün bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibət ilə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu ilin sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

 

147.8 KB