Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər “Gəncland” istirahət və əyləncə mərkəzi

Heydər Əliyev Park Kompleksində inşa edilmiş, “Gəncland” istirahət və əyləncə mərkəzinin tikintisinə 2013-cü ildə başlamış, 2015-ci ilin iyun ayının 14-də istifadəyə verilmişdir.

Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş kompleks 7 hektardan artıq sahəni əhatə edir.

“Gəncland” istirahət və əyləncə mərkəzində 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər qoyulmuşdur.

Nağıl personajlarından ibarət şəhərciklər 15 maşını olan avtodrom, oyun meydançası, şəlalə, suni göl, mini futbol meydançası və 20 ədəd müxtəlif attraksion inşa edilmişdir. Mərkəzdə torpaq üzərində nəhəng şahmat taxtası vardır.

“Gəncland”da Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan “Ətrafa baxış” dairəvi çarx quraşdırılıb.

Regionda ilk dəfə fəaliyyət göstərən “Qalaktika”, “Amerikan təpəcikləri”, “Hava velosipedi”, “Nəhəng sürüşkən”, “Disko”, “Nəhəng gəmi”, “Qar axını”, “Yanan kürə”, “Avtoralli” attraksionlar fəaliyyət göstərir.

Mərkəzdə fəaliyyət göstərən “Mustanq” atçılıq klubu ailəvi istirahət yerlərindən biri olmaqla bərabər, burada uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş çıdır həvəskarlarına xüsusi təlimçi xidməti və ləvazimatlar təklif olunur.

Istirahət və əyləncə mərkəzində 100 nəfərlik amfiteatr fəaliyyət göstərir. Burada “Disney” personajlarından ibarət qrup parkın qonaqlarına maraqlı və şən tamaşalar təqdim edir.