Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər “Gəncəçay” park-bulvar kompleksi

2017-ci ilin fevral ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi olmuş “Gəncəçay” park-bulvar kompleksi şəhər sakinlərinin, eləcə də şəhərə gələn yerli və xarici qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün Gəncə çayı boyunca yaradılmışdır.

“Gəncəçay” park-bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hər tərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri qurulmuş, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır.

Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir.

Bulvarda Bayraq meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq əyləncə və ticarət mərkəzi, altı və yeddi mərtəbəli 3 yaşayış binası, üç kafe, restoran, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilmişdir.

“Gəncəçay” park-bulvar kompleksində 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş, böyük monitor quraşdırılmışdır.

Bulvarın yuxarı hissəsindən keçən Azərbaycan bayrağı küçəsi abadlaşdırılmış, 1,5 hektar ərazidə avtomobillər üçün dayanacaq inşa edilmişdir.