Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Tabe təşkilatlar

“Gəncə 2016 Avropa Gənclər Paytaxtı” parkı

2016-cı ilin fevral ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə növbəti səfəri zamanı parkın açılış mərasimi olmuşdur.

Artıq qitə əhəmiyyətçi şəhərlərdən olan Gəncənin “2016-cı il Avropa Gənclər Paytaxtı” elan olunması ilə əlaqədar, parkın inşasına 2015-ci ildə başlanılmışdır.

Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti quruculuq və abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.

Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılmışdır.

Gəncənin 2016-ci ildə “Avropanın Gənclər Paytaxtı” olması ilə bağlı parkda xüsusi kompozisiya quraşdırılmışdır.

 

72.3 KB